• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 22.05.2023 11:36

Tovuzda mağazada istehlaka yararsız məhsullar aşkarlanıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tovuzun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, Tağıyeva Xəyalə Akif qızına məxsus mağazada yoxlama keçirilib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib.