• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 20.05.2023 11:28

Apple yeni naqilsiz qulaqlıq üzərində çalışır

Apple şirkəti Beats Studio Pro adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır. İnsayderlər sözügedən naqilsiz qulaqlığın fotolarını və bir sıra özəllikləri barəsində məlumatları təqdim ediblər. Beləliklə məlumatlarda qeyd edilib ki, Beats Studio Pro qulaqlığı Beats Studio 3-ün yaxşılaşdırılmış versiyası olacaq. Beats Studio Pro yeni prosessor ilə təchiz olunacaq və istifadəçiyə ətraf səs-küyün daha yaxşı boğulması funksiyasını təklif edəcək. Bundan əlavə olaraq yeni naqilsiz qulaqlıq özündə şəffaf rejimi də birləşdirəcək. Beats Studio Pro-nun nə zaman təqdim olunacağı isə hələlik bilinmir.