• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 18.05.2023 11:14

Exynos prosessorları öz flaqman smartfonlarına geri qayıdacaqlar

Samsung şirkəti 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatında Exynos prosessorlarının öz flaqman smartfonlarına geri qayıdacaqlarını təsdiqləyib. Lakin bu mövzu barəsində məlumat hələ çox azdır. Sözügedən bəyanatı Samsung LSI şöbəsinin vitse-prezidenti Hyuk-man Kwon verib. O bildirib ki, şirkət Galaxy brendinin flaqman smartfonlarına Exynos prosessorlarının geri qayıtmasında israrlıdır. Lakin Kwon konkret olaraq hansı flaqman smartfonların yenidən Exynos prosessorları ilə təchiz olunacaqları barəsində məlumat verməyib.

Son məlumat sızıntılarına əsasən Samsung hal-hazırda aktiv şəkildə Exynos 2400 adlı yeni flaqman prosessor üzərində çalışır. Sözügedən prosessorun 10 nüvəyə və AMD şirkətinin RDNA 2 arxitekturası əsasında qurulmuş Xclipse 940 qrafikasına sahib olacağı iddia edilir. Exynos 2400 prosessorunun gələnilki Galaxy S24 smartfon seriyasında istifadə ediləcəyi istisna deyil. Lakin ola bilər ki, həmin seriyaya daxil olacaq modellər arasında yalnız adi Galaxy S24 modeli sözügedən prosessoru əldə etsin. Belə olacağı halda Galaxy S24+ ilə Galaxy S24 Ultra Qualcomm şirkətinin prosessoru ilə təchiz olunacaq.