• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 16.05.2023 19:37

Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına təsiri

KepezTV Player

May ayını yaşasaq da ay özünü may kimi aparmır. Elə sözün əsl mənasında. Arxada qalan günlərin də havası daha çox yağıntılı olub, nəinki günəşli. Bu isə kənd təsərrüfatına təsirsiz ötüşməyib.  

Yaz ayları yağıntının ən çox düşdüyü fəsil hesab edilir. Amma daha çox mart ayının sonu və aprel ayı boyunca yağan yağış təsərrüfatlar üçün xeyirlidir, o da normasında və dolu şəklində olmamaq şərti ilə. Bu il may ayında müşahidə olunan leysan və dolu isə bitkiçiliyə, daha da dəqiqləşdirsək, bağçılığa zərər yetirib. Yetişmə fazasında olan meyvələr yerə tökülüb, xəstəliklər əmələ gəlib. Təbii ki, yararan vəziyyət meyvəçilikdə məhsuldarlığa təsirsiz ötüşməyəcək.

Qeyri-sabit hava taxılçılığa da zərər vurub. Yağış və dolu zəmilərin yatması ilə nəticələnib. Yağıntının çox olması xəstəlik və ziyanvericilər üçün də münbit şərait yaradıb.

Mütəxəssislər fermerləri diqqətli olmağa səsləyir. Vaxtında edilməyən müdaxilə ürəkaçmayan nəticə verə bilər.

Payız-qış aylarında yağıntının az olması bitkilərdə müəyyən stres halları yaradıb. Yazın yağıntısı isə məhsuldarlığın aşağı düşməməsi üçün əlavə aqrotexniki tədbirlərin görülməsini labüd edib.

Orxan Cəfərzadə