• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 16.05.2023 11:46

Apple bütün cihazlarını OLED ekranla təchiz edəcək

Apple tədricən öz cihazlarında LCD ekranlardan OLED ekranlara keçid edir. Analitiklər əmindirlər ki, növbəti illərdə şirkət bu prosesi tamamilə yekunlaşdıracaq. Analitiklər bildiriblər ki, 2027-ci ilə qədər Apple maye kristallik və mini-LED ekranlardan istifadəni dayandıracaq və onları OLED ekranlarla əvəz edəcək. Proqnozlara əsasən 2026-cı ildə şirkətin smartfonları, planşetləri, noutbukları və kompüterləri OLED ekranla təchiz olunacaqlar.

Həmin vaxtda şirkətin maye kristallik ekrana sahib yeganə cihazı isə 10.9 düym ekranlı iPad planşeti olacaq. Məlumatda qeyd edilib ki, iPad Pro üçün nəzərdə tutulmuş 11 və 12.9 düym ekranların 2024-cü ildə mini-LED texnologiyasından hibrid OLED texnologiyaya keçid etmələrinin ehtimalı çox yüksəkdir. MacBook Pro üçün nəzərdə tutulmuş 14 və 16 düym-lük ekranlar isə hibrid OLED-ə 2026-cı ildə keçid edə bilərlər. Analitiklərin sözlərinə əsasən 2027-ci ildə 21 düym ekranlı iMac modelləri QD OLED-ə və ya WOLED-ə keçid edəcəklər.