• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 15.05.2023 20:29

İstehlaka yararsız iribuynuzlu heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb

KepezTV Player
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir. Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhər ərazisində keçirilən reyd zamanı Allahverdiyev Keyti Məhəmmədəli oğluna məxsus “Chevorlet Niva” markalı avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş, 93 kiloqramlıq ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.