• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 15.05.2023 12:26

Ailədaxili münasibətlərin düzgün tənzimlənməsi

KepezTV Player

“Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır”.

Deyib, Səməd Vurğun. Oğul ilə qızı bir yerdə cəmləşdirən isə “ailə”dir. Adını dedikdə  necə də sarsılmaz səslənir elə deyilmi? Bu gün o sarsılmaz səslənən, amma mütəmadi vaxtlarda nüfuzu silkələnən ailədən danışacağıq.

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinin ailə siyasəti olduğu nəzərə alınaraq, mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir, müvafiq sahədə əlamətdar günlər ailələrlə birgə xüsusi qeyd edilir. Ailə deikdə isə ön planda tutulan bəlkə də münasibətlərdir. Gəlin ən yaxşısı estafeti müsahibimizə ötürək.

Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə, hörmət və ehtiram lazımdır”, - deyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılmışdır.

Ailə hər kəs üçün fərqli anlayışdır. Ancaq bu düşüncələrin toplaşdığı bir əsas da var ki, ev adlanır. Xəyalımızda uşaqlıqdan bəri qurduğumuz o “evi” xoşbəxt və təməlli saxlayaq.

Tellan Zeynalova