• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 12.05.2023 12:28

Hansı vərdişlərimizi tərgidə bilmirik?

KepezTV Player

Hərəkətlərimizin 40%-i şüurlu verdiyimiz qərarlardan yox, vərdişlərdən ibarətdir.  Hər birimizin “n” sayda vərdişləri var. Yaxşı, ya da pis. Biz az qala həyat tərzimizə çevrilən bu vərdişlərin ilk başda zərərli olub-olmadığının fərqində olmuruq. Amma alışdığımız vərdişlərin bizə necə təsir etməsindən müəyyən bir müddət sonra agah oluruq. Agah oluruq ki, bu əməlimiz bizə necə mənfi təsir edirmiş və bu əməlimizlə ətrafımızı necə narahat edirikmiş. Fərqi yoxdur, ətrafımızda ata-ana olsun, bacı-qardaş, qohum-qonşu, yoxsa başqa biri... Bəzən elə hal olur ki, yaxa qurtarmaq üçün cəhd edirik, ancaq alınmır . Bu zaman isə tez ruhdan düşür, yoruluruq. Sonra da özümüzə diaqnoz qoyuruq ki, “məndə alınmır”, “edə bilməyəcəm ” və s.

- Şəhla xanım elə bir zərərli vərdişiniz olubmu ki, ondan yaxa qurtarmaq üçün çox əziyyət çəkmisiniz?

Həsənova Şəhla - tələbə: “Bəli, uşaqlığımdan bəri belə bir vərdişim vardı, bu da məndə qorxudan yaranmışdı. Dırnaq yeməyə başlayırdım və bu da ətrafımdakı insanların mənə diqqətlə baxmasına, qınamasına gətirib çıxarırdı. Ailəm məni bu vərdişə görə çox danlayırdı. Ancaq sonra qabağıma məqsəd qoydum – dedim ki, bu pis vərdişi tərgidəcəyəm. Bir neçə uğursuz cəhdim oldu, lakin geri çəkilmədim və axırda da qalib gəldim”.

- Ancaq bəzən elə vərdişlərimiz var ki, onlar zərərli deyil, məsələn, narahat olanda, həyəcanlı olanda çox vaxt əlimizi sıxırıq, saçımızla oynayırıq. Bu vərdişlərdən hər hansısa sizdə varmı?

Həsənova Şəhla - tələbə: “Məsələn, mən utananda, ya da sıxılanda saçımla oynamağa başlayıram. Bu hərəkətimlə ətrafımdakı insanların diqqətini çox çəkirəm. Tez-tez sual verirlər ki, niyə belə edirsən? Başa sala bilmirəm ki, özümdən asılı olan bir şey deyil. Ancaq nə qədər etsəm də, bu vərdişin öhdəsindən gələ bilmirəm. Məsələn, dərs olsun ya da, hazırlıqda tanımadığım insanları görən kimi özüm də bilmədən, artıq əlim saçıma tərəf gedir”.

Hər birimiz müəyyən bir vərdişə sahibik. Bu vərdişləri dəyişmək mümkündür, sadəcə kifayət qədər maraq və istək olmalıdır.

Lalə Bağırova