• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 10.05.2023 12:17

Heydər Əliyev və Qarabağ

KepezTV Player

1969-cu ilin iyulunda Heydər Əliyev ilk növbədə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyini sınanmış kadrlarla gücləndirməyə qərar verir. XX əsrin 60-cı illəri təhlükəsizlik orqanından respublikanın ali rəhbərinədək olan taleyüklü ömürdə Qarabağ məsələsi də gündəmdə olub. “1960-1970-ci illərdə də erməni millətçiləri Dağlıq  Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkmirdilər. Ulu öndər Qarabağın geosiyasi tarixini, iqtisadiyyatını mənəvi dəyərlərini, orada tarixən yaşayan azərbaycanlı, eləcə də erməni ailələrin keçmişini bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı. Ulu öndərin birinci hakimiyyəti zamanında da ölkədə, xüsusən də Dağlıq Qarabağda milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Şuşanı çox sevən Ulu Öndər onun iqtisadi-mədəni inkişafında da böyük səylər göstərib.

Sadıqov Həsənbala- Tarix elmləri doktoru, professor: “Bu gün biz hamımız çox böyük bir tarixi hadisənin əsnasındayıq. Yeni Azərbaycanın qurucusu, xilasedicisi, Azərbaycan xalqının sevimlisi Heydər Əliyevin 100 yaşı tamam olur.  Qarabağ məsələsi belədir ki, Qarabağ Azərbaycanın və dünyanın ən  qədim mədəniyyət mərkəzlərindən biridir. Heydər Əliyevin Qarabağla bağlı siyasəti çox ağır bir dövrə təsadüf edir. Yəni söhbət 1946-cı ildə Ermənilərin o bölgələrə sahib olmaq iddialarından və onun haqqında yalandan min illik, iki min illik tarix yaratmalarından gedir. Ancaq hamısı yalandır. Ermənilərin bu torpaqla heç bir əlaqəsi yoxdur!”

Bir çox ağrılı-acılı hadisələrlə tarixə qovuşan 2020-ci ilin son aylarında Azərbaycan xalqı sevinc hissi və qururla Qarabag zəfərini qeyd etdi. Bu böyük qələbəyə aparan keşməkeşli yol 30 il sürdü. 30 il torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində düşmən tapdağı altında qalması Azərbaycan xalqının ürəyində bir yara oldu. Azərbaycanın 50 illik dövrü böyük dövlət xadimi, mükəmməl siyasətçi  şəxsiyyət Ulu Öndər Heydər Əliyevlə bağlıdır. 1993-cü ildən yenidən ölkəyə rəhbərlik edən ulu öndərin Azərbaycanda hakimiyyəti gücləndirməsi Qarabağı müvəqqəti olaraq işğalda saxlamağı bacaran Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün kabusa çevrilir. Ümummilli lider hər bir beynəlxalq tədbirlərdə olan çıxışlarında Qarabağ məsələsini daim diqqətdə saxlayır, işğalçıların mənfur siyasətini dəmir məntiqi ilə ifşa edirdi. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin son nəfəsinə kimi əsas amalı Dağlıq Qarabağ münaqişəsini həll etmək olub.  Heydər Əliyev Qarabağ problemini nəinki beynəlxalq tədbirlərdə, nüfuzlu təşkilatların tribunalarında qabartmış, səfər etdiyi ayrı-ayrı ölkələrdə görüşlərdə əcnəbi jurnalistlərin suallarını cavablandırarkən də münaqişənin həlli istiqamətində qətiyyətli mövqeyini ortaya qoyub. Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır.

Günay Əsgərova