• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1993
— 09.05.2023 10:45

Qələbə günü tariximizdə

KepezTV Player

Bu gün tarixdə böyük iz buraxan İkinci Dünya Müharibəsindən məhz 9 may tarixində olan hadisələrdən danışacağıq. Hər birimiz bilirik ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının əvəzsiz rolu olub. Bununla bağlı çoxlu sayda şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, eyni zamanda qəhrəmanların şərəfinə abidələr ucaldılıb.

Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızı həm ön, həm də arxa cəbhədə, amansız düşmənlə döyüşlərdə misilsiz şücaət və igidlik göstəriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Qəhrəman adına layiq görülməsi buna əyani sübutdur.

“1941-ci ildən 1945-ci ilə kimi hərbidə qulluq eləmişəm. Bunun beş ilini cəbhədə, iki ilini isə Gəncədə ehtiyatda olmuşam. Çexoslovakiya, Yuqaslaviyada, Ruminyada  olanda ağır döyüşlər gedirdi. İtkilər çox olurdu. Elə yer var idi bataqlıq idi, atla da keçmək mümkün deyildi. Macarıstanın, Budapeştin alınmasında, Stalinin üç təşəkkürnaməsi var. Bir sözlə hərbi hissəni Avstriyada başa vurduq.

Təbii ki, o vaxt müharibənin zəfərlə başa çatmasında Azərbaycan xalqı qədər, neftinin də böyük köməyi olmuşdur. Hətta, Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.

Bilirik ki, dövlət başçımız İlham Əliyev tərəfindən ikinci Dünya Müharibəsinin iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərilib. Bu haqda daha ətraflı məlumatı müsahibimizdən eşidək.

“Böyük vətən müharibəsində iştirak edən bizim hər bir əsgərimizə və onların xanımlarına Prezidentimiz İlham Əliyev tərəfindən hər zaman qayğı göstərilib və 9 May üçün özlərinə 1500 azn, xanımlarına isə 750 azn pul verilir. Və hər zaman keçirilən tədbirlərdə İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına xoş sözlər deyir, vuruşmasını daim xatırladır.