• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 07.05.2023 20:37

Avtomobillər toqquşub, sürücü və həyat yoldaşı xəsarət alıb

KepezTV Player

Gəncədə  yol nəqliyyat hadisəsi olub. Qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Ceyhun Abdullayevin idarə etdiyi "VAZ 2105" markalı avtomobil 75 yaşlı Akif Əzizovun sükanı arxasında əyləşdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Olay zamanı Akif Əzizov və həyat yoldaşı 66 yaşlı Şəfiqə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiyya şöbəsinə gətirilib. Onlara tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır.