• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 05.05.2023 10:22

Əhməd Cavad

KepezTV Player

Dövlət deyəndə, ilk olaraq ağıla onu təmsil edən atributlar gəlir - Bayraq, Gerb, Himn!

O bayraq ki, bu gün Qarabağda dalğalanır və himnimizlə birlikdə bizi bütün dünyada təmsil edir. Bu həmin o himndir ki, hər sətrində, hər notunda Əhməd Cavadın və Üzeyir Hacıbəyovun xalqına, dövlətinə olan məhəbbəti əks etdirilir.

Əhməd Cavad o ədəbiyyat adamlarındandır ki, onun üçün dəyərlər hər zaman öməmli olub və yaradıcılığında azadlıq tərənnümü xüsusi yer tutub. O, xalqının bütövlüyünü, yaşamaq haqqını daima müdafiə edib, şeirlərinin hər bir sətrində bunu dilə gətirib. 

Himnimiz qədər bizə vətənpərvərlik ruhu aşılayan, Azərbaycanda və qardaş ölkə olan Türkiyədə məşhur olub sevilən digər bir mahnı da “Çırpınırdı Qara Dəniz” əsəridir ki, bunu Əhməd Cavad 1914-cü ildə Gəncədə olanda yazıb və musiqisini Üzeyir Hacıbəyov bəstələyib.

Əhməd Cavadın Gəncədə olarkən yazdığı, Azər Zeynalovun ifasında sevdiyimiz, illərdir dillərdə əzbər olan digər şeiri də “Gəncədən gəlirəm”dir. Bu şerdə Əhməd Cavad Gəncəyə olan öz məhəbbətini əks etdirir.

Əhməd Cavad deyəndə, onun sevimli həyat yoldaşı Şükriyyə xanımı da unutmaq olmaz. O, Şükriyyə xanım ki, Əhməd Cavadla sevgiləri dillərə dastandır. Elə həmin sevginin bariz nümunəsi olaraq Əhməd Cavadın öz həyat yoldaşına ünvanladığı “Şükriyyənaməsi” olmuşdur.

Lalə Sadıqova