• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 04.05.2023 11:27

İkili peşə seçənlər

KepezTV Player

Peşə seçimi hər bir insanın həyatının vacib qərarlarından biridir. Uşaqlıqda hər kəsin yiyələnmək istədiyi bir peşə olur. Böyüdükcə bu istək bəzən dəyişir, ya da elə uşaqlıqdan arzuladığımız peşəyə sahib oluruq.

Turanə Bədəlova- “GDU-nun nəzdində Gəncə regional kollecin TGT sədri: “Mən bununla yanaşı, kərgüzar olaraq fəaliyyət göstərirəm. 2 iş ilə eyni anda çalışmaq, əslində, mənim üçün bir o qədər də çətin deyil. Çünki hər iki işi sevərək edirəm. Birinci işim kərgüzarlıq- bu mənim uşaqlıq xəyalım idi, amma digər TGT sədri, bunu artıq təşkilatçı olaraq mən təhsil almağa başlayandan sonra özümdə kəşf etdim. Tələbələr ilə işləmək mənim üçün çox xoşdur. Onlarla xoş vaxtlar keçirirəm, birlikdə yeni layihələr yazır, yeni layihələr icra edirik. Onlar mənə yeni təcrübələr qazandırır, mən onlara yeni təcrübələr qazandırıram”.

Düzgün peşə seçimi uğurlu gələcəyin başlanğıcıdır və onun sayəsində insanın öz yaradıcılığına meylliliyi güclənir. Sevmədiyi işi yerinə yetirmək isə çox çətin və maraqsız olur, adam tez yorulur, işlərinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir. Ancaq əgər öz istək və qabiliyyətinə uyğun məşğuliyyət seçilərsə, daha uğurlu karyera qurmaq olar. Ona görə də sənət seçərkən nəyin maraqlı olduğuna və zövq verdiyinə fikir verilməlidir.

Aytəkin Tağıyeva- Müəllim: “Hazırda həm ingilis dili müəllimi olaraq, həm də sosial bir layihədə koordinator olaraq fəaliyyət göstərirəm. Əslində iki sahədə fəaliyyət göstərməyimin əsas səbəblərindən biri, hər iki sahəyə qarşı marağım var, həm də hər iki sahədə fayda dəyəri mənim üçün önəmli olduğuna görə fəaliyyət göstərirəm. Həmçinin, fərqli sahələr olduğuna görə, bu sahələrdə fəaliyyətim məni motivasiya edir. Sosial inkişafa ikili peşənin təsiri, məncə var. Çünki, istər-istəməz fərqli sahələrdə fəaliyyət insanın özünü inkişaf elətdirir, həm də çevrəni formalaşdırır deyə, deyə bilərəm ki, həm şəxsin formalaşmasında böyük rol oynayır, həm də həmin şəxsin çevrəsindəki insanlara faydası məsələsini formalaşdırır. Hazırda iş axtaran gənclərlə də danışdıqda biz görürük ki, bir neçə sahəyə maraq var. Amma məsələ orasındadır ki, gənclər artıq bir yerdə işə girdikdən sonra, digər bir sahəyə enerji sərf etmək məsələsi ilə bağlı, problem yaşayır. Çünki bildiyimiz kimi, iş saatları əksər yerlərdə saat 9-dan 6-ya olduğuna görə, gənc bütün enerjisini həmin işə sərf etdiyinə görə, artıq maraq dairəsinə sərf edəcək bir enerjisi qalmır.”

Peşə təkcə özünü  doğrultmaq üçün deyil, həm də  pul qazanmaq məqsədi ilə seçilməlidir. Necə deyərlər, “Yaxşı sənətkar, günortaya qədər ac qalar”. Və Nizami Gəncəvi demiş “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.  

Günay Əsgərova