• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 04.05.2023 11:24

Onlayn ixtisas və peşələr

KepezTV Player

Məlum olduğu kimi, məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib bir dövr hesab olunur. Onlar bu dövrdə seçdikləri ixtisas haqqında qərar verirlər. Belə ki, peşə insanın gələcək həyatının, ətraf mühitinin, xoşbəxtliyinin formalaşmasına böyük təsir göstərir. Vacib olan, şəxsin seçdiyi peşəni sevmək, onu maraq və həvəslə öyrənməkdir. Bəs biz nələrə diqqət etməliyik ki, seçimimizdə yanılmayaq? Bu haqda Samir müəllimin məsləhətini dinləyək:

Samir Piriyev- Mühəndis-proqramçı: “Peşə və ixtisas seçimi edərkən elə seçməlidirlər ki, gələcəkdə o sahədən istifadə edə, yararlana bilsinlər, gələcək nəsillər üçün də onların seçdiyi ixtisas faydalı ola bilsin. Müasir tələblərə uyğun olaraq ən çox seçilən ixtisaslardan oğlanlar da, xanımlar da informasiya- kommunikasiya sahələrinə daha çox maraq göstərirlər. Əslində bütün sahələrə maraq var, amma əvvələ baxanda müasir texnologiyalar olan ixtisaslara lap çox maraqları var. Universitetlərdə yeni-yeni ixtisaslar da açılır. Beləliklə, tələbələr istifadə edir və yeniliklər öyrənirlər”.

Distant təhsil- öyrədən və öyrənən arsında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə dialoq, əks əlaqə əsasında uzaq məsafədən həyata keçirir. Buna ən çox xaricdə üstünlük verilsə də, gəlin müsahibimizdən öyrənək görək ölkəmizdə bu təhsilə tələbat varmı?

Samir Piriyev- Mühəndis-proqramçı: “Pandemiya dövründə müxtəlif platformalar üzərindən onlayn dərslər keçirilirdi. Bütün dərslər onlayn idi. İndi isə yalnız Türkiyə Respublikasında zəlzələ ilə əlaqədar olaraq, sırf o bölgələrdə onlayn dərslər keçirilir. Ancaq Azərbaycanda onlayn, distant təhsil demək olar ki, yoxdur”.

Biz bilirik ki, respublikamızda tələbələr üçün hər cür imkan yaradılıb. Hətta ikinci ixtisasa sahib olmaq da bunlardan biridir.  

Samir Piriyev- Mühəndis-proqramçı: “İxtisas olaraq, bizdə ikili ixtisaslar var. Məsələn; riyaziyyat- informatika, kimya- biologiya, tarix- coğrafiya. Bunlar ikili ixtisaslar sayılır və seçib, təhsil müddətini bitirəndən sonra özləri istədikləri istiqaməti seçə bilirlər. Həmçinin magistr təhsili almaq istəyərkən MBA proqramı vasitəsilə biznes, daha sonra da pedoqoji yönlü ixtisaslar seçə bilirlər”.

Samir müəllim siz də ikili peşə sahibisiniz. Bəs necə oldu ki, iki ixtisasa da marağınız yarandı?

Samir Piriyev- Mühəndis-proqramçı: “Mənim birinci ixtisasım riyaziyyat-informatika idi. O sahəyə marağım çox böyük idi. Özüm də hal-hazırda universitetdə mühəndis-proqramçı vəzifəsində çalışıram. İkinci ixtisasım isə magistr təhsili- biznesin idarə edilməsidir. İstədim, fərqli ixtisas olsun, fərqli yanaşma olsun. Bu sahədə özümü inkişaf elətdirim. Çünki, marağım bu sahəyə də çox idi”.

Vaxt var idi, bir məlumatı öyrənmək üçün onlarla kitab vərəqləyirdilər. İndi də vaxt var. Özü də lap çoxdur. İmkanlar isə limitsizdir. Hazırkı dövrdə onlayn təhsillə istədiyin biliyi öyrənmək və öyrətmək çox asandır. Təki istək olsun.

Lalə Bağırova