• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 03.05.2023 20:16

Mikroavtobus "KamAZ"a çırpılıb, 2 nəfər ölüb

KepezTV Player

Bakı -Qazax magistralının Kürdəmirdən keçən hissəsində ağır yol qəzası baş verib. “Mercedes Sprinter” markalı sərnişin daşıyan mikroavtobus mişar daşı ilə dolu "Kamaz"a çırpılıb. Zərbənin gücündən yük maşını aşıb. Hadisə yerində mikroavtobusdakı sərnişinlərdən 2-si- Ucar sakini Həmidə Quliyevə və hələlik adı məlum olmayan daha bir şəxs dünyasını dəyişib. 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Fəxrəddin Quliyev, Zeynəb Məmmədova, Zəhra Quliyeva, İlqar Əliyev, Məhəmməd Quliyev, Qələmnaz Quliyeva,  Eldəniz Mehdiyev və Elgün Quliyev Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.