• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 02.05.2023 15:43

Şəmkirdə quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən fiziki şəxs Musayev Vahid Məstan oğluna məxsus quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, quş ətinin baytarlıq müayinəsindən keçirilmədiyi, istehsal və saxlama zamanı quş ətinə baytarlıq-sanitariya nəzarətinin aparılmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.