• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 30.04.2023 20:01

Leysan və dolu fəsadlara səbəb olub, sel avtomobilləri aparıb

KepezTV Player

Qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib. Əlverişsiz hava xüsusən Goranboy rayonuna ciddi ziyan vurub.

Goranboya leysan və dolu düşüb. Təbiət hadisədi rayonun əsasən Muzdurlar, Sarov və Gürzalılar kəndlərində fəsad törədib, ciddi ziyan vurub. Muzdurlar kəndində düşən dolu evlərin dam örtüyünü yararsız hala salıb. Təxminən yumurta böyüklüyündə 4-5 dəqiqə arasında yağan dolu örtüklərdə dəliklər açıb.

Dolu təsərrüfata da ziyan vurub. Ağaclardakı meyvələri töküb, eyni zamanda heyvanları tələf edib.

Təbiət hadisəsi nəticəsində minik avtomobillərinə də ciddi ziyan dəyib.

Leysan və dolu Goranboyun Gürzallar və digər bir neçə kəndinə də ziyan vurub, kəndlərdən sel keçib, avtomiləri sel aparıb.