• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 28.04.2023 19:53

Hava şəraiti məhsuldarlığa müsbət təsir edə bilər

KepezTV Player

Cari il yaz fəslində havanın normal keçməsi Göygöldə taxılçlığa müsbət təsir edəcək. Biçinə qədər isə yağıntının istənilən səviyyədə olması məhsuldarlığın yüksək olmasına şərait yaradacaq.

Aqrar rayon olan Göygöldə taxılçılıq ən çox inkişaf edən kənd təsərrüfatı sahələrindəndir. Hər il bu rayonda kifayət qədər ərazidə arpa, buğda və digər dənli bitkilər əkilir ki, bu da ölkə üzrə tədarük edilən taxılın müəyyən qismini təşkil edir. Qış aylarında Göygöldə havanın ayrı-ayrı vaxtlarda qarlı, yazda isə sərin keçməsi taxılçılığa müsbət təsir edə bilər. Apreldə yağış az yağsa da, fermerlər əsasən mayda yağıntının normal olmasını gözləyirlər və bunun da nəticəsində arzulanan yüksək məhsuldarlıq mümkündür.

Digər tərəfdən cari il üçün Göygöldə əkilən sahələrdə yüksək məhsuldarlıq sertifikatlı toxumlardan istifadə olunub və ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görülüb.

Göygölda cari il 6300 hektar ərazidə dənli bitkilərin əkini həyata keçirilib. Bu sahələrin yarısı dəmyə, yarısı isə suvarılan torpaqlardır.