• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 28.04.2023 11:06

Samsung qatlana bilən planşet modeli üzərində çalışır

İnsayderlərin verdikləri yeni məlumata əsasən Samsung şirkəti qatlana bilən planşet modeli üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən hazırlanan qatlana bilən planşet modeli Galaxy Z Tab adını əldə edəcək və Galaxy Tab S9 planşetləri ilə eyni vaxtda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Samsung daha öncə bu cür planşet üzərində çalışdığı barəsində heç bir məlumat verməyib. Buna görə də planşetin hansı form-faktora sahib olacağı bilinmir. Galaxy Tab S9 planşet seriyasının avqust ayında təqdim ediləcəyi gözlənilir. Heç istisna deyil ki, şirkət həqiqətən də qatlana bilən planşet modelini Galaxy Tab S9 modelləri ilə birlikdə təqdim etsin.