• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 27.04.2023 11:07

Göz üçün masaj cihazı hazırlanıb

Huawei və Philips birgə əməkdaşlıq çərçivəsində tamamilə yeni növ cihazı təqdim ediblər. Söhbət, yuxu üçün göz maskası formasında olan masaj aparatından gedir. Sözügedən cihaz HarmonyOS əməliyyat sistemini dəstəkləyir və öz əsas funksionallığını audioplayer imkanları ilə birləşdirir. Huawei Smart Choice Philips adını əldə etmiş bu cihazın konstruksiyasında 14 ədəd kontakt sahəsi mövcuddur. Hər bir kontakt sahəsinin isə kiçik ölçülü vibrasiya motoru və istilik elementi var. Bunların hamısı masaj effektini yaradırlar.

Öz erqonomik konstruksiyası hesabına cihaz göz bəbəklərinə və kirpiklərə təzyiq göstərmir. Cihazın çəkisi cəmi 245 qramm təşkil edir. Huawei Smart Choice Philips-in daha bir özəlliyi səsin ötürülməsi mövzusunda sümük keçiriciliyi texnologiyasını dəstəkləməsindədir. Bunun sayəsində istifadəçi masaj prosesi zamanı kənar şəxslərin diqqətlərini ayırmadan musiqiyə qulaq asa bilər. Masajın intensiviliyini, istilik temperaturunu və digər özəllikləri Android və HarmonyOS üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiq vasitəsilə ayarlamaq olar. Huawei Smart Choice Philips Çində 101$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.