• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2490
— 26.04.2023 16:14

"Gəncə" müntəzəm çempionatı qələbə ilə başa vurdu

KepezTV Player

Azərbaycan Basketbol Liqasında XXVIII tura start verilib. Turun açılış oyununda "Gəncə" "Sərhədçi"nin qonağı olub. Qarşılaşma pley-off mərhələsinə vəsiqəni təmin edən Qərb təmsilçisinin 102:85 hesablı qələbəsi ilə başa çatıb. "Sarı-göylər"dən ən məhsuldar basketbolçu Kollin Törner olub. Amerikalı 28 xal toplayıb və 9 asist edib. Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Gəncə" liderliyə yüksəlib. 42 xalı olan "Sərhədçi" isə 5-ci pillədə qalıb.