• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 25.04.2023 11:05

Android 13 sürətlə məşhurlaşır

Müxtəlif Android versiyalarının istifadəçilər arasında məşhurluqlarını əks etdirən yeni statistika internetdə ortaya çıxıb. Ortaya çıxmış statistikadan məlum olub ki, hal-hazırda aktual olan Android 13-ün bütün Android versiyaları arasındakı bazar payı son 3 ay ərzində 2.4 dəfə artıb. Beləliklə, statistikaya əsasən Android 13 vasitəsilə çalışan cihazların sayı bu ilin yanvar ayında 5% təşkil edib. Aprel ayına kimi isə bu göstərici 12.1%-ə yüksəlib. Bu göstəricilər Android 12-nin sərgilədiyi göstəricilərdən daha yaxşıdır. Android 12-ni əhatə etmiş statistika əməliyyat sisteminin anonsundan 1 il sonra təqdim edilmişdi və həmin vaxtda Android 12 vasitəsilə çalışan cihazların sayı 13.3% təşkil etmişdi.

Android 13 isə istifadəyə verildiyi vaxtdan 8 ay sonra artıq bu cür nəticələri əldə edib. Analitiklərin fikirlərinə əsasən Android 13-ün istifadəçilər arasında belə sürətlə yayılmasının əsas səbəblərindən biri də “Samsung“Realme və digər brendlərin göstərdikləri aktivliklərdir. Belə ki, brendlər öz cihazlarının əməliyyat sistemlərini sürətli şəkildə yeniləyirlər. Daha öncəki Android versiyaların istifadəçilər arasındakı məşhurluqları isə getdikcə azalır.