• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 24.04.2023 19:15

Qaz balonunun partlaması yanğına səbəb olub

KepezTV Player

Tovuz rayonunun İbrahimhacılı kəndində yaşayış evində partlayış olub. Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 48 yaşlı İlqar Rüstəmova məxsus ümumi sahəsi 80m² olan ikiotaqlı köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində yanğınla müşayiət olunan partlayış baş verib. Partlayış dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi tikilidə ev əşyaları 5m² sahədə yanıb. Ev sahibi İlqar Rüstəmov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.