• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2223
— 19.04.2023 20:35

Mir Cəlal Paşayevin ev muzeyində elmi konfrans keçirilib

KepezTV Player

Bakı Dövlət Universitetinin professor-müəllim heyəti Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli ədibin Gəncədəki ev-muzeyində olublar. Qonaqlar alim və pedaqoq Mir Cəlalın xatirəsini özündə yaşadan muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildiriblər. Çıxışlarda yazarın həyat yolundan bəhs edilib, onun irsinin öyrənilməsi və təbliği istiqamətində silsilə tədbirlər,  qısa hekayə müsabiqəsinin keçirildiyi qeyd olunub. Konfransın sonunda müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib.