• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 18.04.2023 12:25

Avtoxuliqanlıq edən, qayda pozan şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Musa Məmmədovun “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu, avtoxuliqanlıq etdiyi və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olduğu aşkarlanıb. Şəxs barəsində tərtib olunan inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. “Volkswagen” markalı avtomobilin sürücüsü isə saxta dövlət qeydiyyat nişanı ilə idarə etdiyi avtomobilə qanunla qadağan edilmiş səs siqnalı quraşdırdığına görə saxlanılıb və maşın duracağa qoyulub. Şəxs barəsində tərtib edilən inzibati protokol baxılması üçün məhkəməyə göndərilib.