• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 16.04.2023 20:05

Qərb bölgəsində yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər

KepezTV Player

Qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, Pasxa bayramını qeyd ediblər. İnsanların daim sülh, əmin-amanlıq içində yaşamasını, xoşbəxtlik olmasını diləyib, Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxuyublar. Şamlar yandırılıb, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır. Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına görə, bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib. Pasxadan sonra 50 günlük "Pasxa fəsli" adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs "Üçlük Günü" ilə başa çatır.