• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 15.04.2023 12:24

Ağırlıqqaldırma millimizin İrəvandan Azərbaycana qayıdır, amma hoteldən çıxa bilmir

KepezTV Player

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar millimizin yarışda iştirakından imtina edilib. Bu barədə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında bildirilib. İmtinanın səbəbi Ermənistanın təhlükəsizliyi təmin etməməsidir: “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir. Beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq. Bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.”, - deyə birgə bəyanatda vurğulanır.

Bu arada Gənclər və idman naziri Fərid Qayıbov paylaşım edərək Azərbaycan idmançılarının İrəvandakı hoteldən buraxılmadığını, hazırda mətbuata çıxışın olmadığını bildirib.