• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 14.04.2023 19:59

Məktəb heyətinin fövqəladə hallara hazırlığı yoxlanılıb

KepezTV Player

Gəncədə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə təlimi keçirilib. 34 nömrəli məktəbdə baş tutan təlimdə kontingent mülki müdafiənin əsas qaydaları və məktəblərin bu kimi fövqəladə hallara hazırlığı barədə məlumatlandırılıb. Zəlzələ, yanğın və digər hallarda necə hərəkət etmək barədə təlimat verilib. Sonra məktəb kollektivi “Həyəcan siqnalı” ilə binada təxliyyə edilib. Mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi icra edilib. Təlimlərin keçirilməsində məqsəd Təhsil Nazirliyinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə məktəbin müəllim və şagird heyətinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə maarifləndirilməsi, təlim iştirakçılarının fövqəlаdə halların nəticələrinin аrаdаn qаldırılmаsı işinin təşkili sаhəsində bilik və bacarıqlarının artırılmasına nail olmaq olub.