• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 14.04.2023 20:08

Ağac aşaraq avtomobili yararsız hala salıb

KepezTV Player

Gəncədə ağac aşararaq avtomobilə ziyan vurub. Hadisə ilə bağlı televiziyamıza müraciət edən zərərçəkən və sakinlərin iddiasına görə, uzun müddətdir müraciət etsələr də, qurumuş ağac müvafiq qurumlar tərəfindən kəsilməyib. Daha ətraflı qarşıdakı materialda.

Hadisə 3-cü mikrorayon, bina 15-in qarşısında baş verib. Quruyan qovaq ağacı kökündən çıxaraq, tikilinin qabağında dayanan avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində xoşbəxtlikdən heç kəsə zərər dəyməyib. Sakinlər və avtomobilin sahibinin sözlərinə görə, qəzalı vəziyyətdə olan ağacın kəsilməsilə bağlı 1 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciət ediblər, onlara ağacın kəsilməsinə görə müsbət cavab məktubu gəlsə belə, məsələ öz həllini tapmayıb.

Əraziyə gələn Gəncə Yaşıllaşdırma İdarəsinin əməkdaşları isə iddialara belə münasibət bildiriblər.

Heç şübhəsiz, hadisə daha ağır fəsadlara səbəb ola bilərdi. Belə çıxır ki, bu olaya sakinlərin düzgün müraciət formasından bixəbər olması gətirib çıxarıb. Yaşananlar belə hallara daha məsuliyyətli yanaşmağın labüdlüyünü ortaya çıxarır. 

Orxan Cəfərzadə