• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2446
— 14.04.2023 16:18

Baş konsul turizm imkanları ilə tanış olub

KepezTV Player

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop Naftalanda sağlamlıq turizmi üçün yaradılan imkanlarla tanış olub. Şəhərdəki müasir hotel və müalicə mərkəzlərində olan baş konsul burada neft ilə həyata keçirilən prosedurlarla yaxından tanış olub. Sağlamlıq turizmi istiqamətində görülən işlərlə bağlı qonağa məlumat verilib. İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşdə isə şəhərdə tibbi turizmin inkişafından danışılıb. Kurort şəhərinin sanatoriyalarında göstərilən xidmətlərin bir sıra xəstəliklərin müalicsində effektinə diqqət çəkilib. Eləcə də Azərbaycan-Türkiyə münasibətlərindən söz açılaraq dostluq və qardaşlığın xalqlarımızın ortaq milli mənəvi dəyərlərindən və ənənələrindən güc aldığı vurğulanıb.