• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 14.04.2023 16:15

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

KepezTV Player

"Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində yer alıb. Dövlət başçısı bildirib ki, yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar: "Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir".