• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2510
— 14.04.2023 10:34

Göygöldə qadın sürücü avtomobili aşırıb

KepezTV Player

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, qadın sürücü idarə etdiyi avtomobili yolun kənarına aşırıb. Avtoqəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və 1987-ci il təvəllüdlü Cəmilə Musayeva xəsarət alıblar. Onların hər ikisi Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.