• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 14.04.2023 11:09

​Süni zəka 4 günlük iş həftəsi qrafikinə keçidə kömək ola bilər

Generativ süni zəka sistemlərinin müxtəlif sahələrə tədricən inteqrasiya edilməsi 4 günlük iş həftəsini daha tez reallığa çevirə bilər. “Insider saytı bu məsələni araşdıraraq mütəxəssislərin bu mövzuda arqumentlərini təqdim edib. Lakin 4 günlük iş həftəsinin reallaşacağına inanmayanlar da var. Bu cür şəxslərdən birinin sözlərinə əsasən, amerikalılar o dərəcədə işə düşkündürlər ki, onlar az işləməkdən imtina edəcəklər. Goldman Sachs şirkətinin analitiklərinin hesablamalarına əsasən, amerikalı işçilərin 2/3 hissəsi süni zəka alətlərindən istifadə edərək daha məhsuldar ola bilərlər. Generativ süni zəka texnologiyalarının dünyadakı bütün bizneslərin ən azından yarısına inteqrasiyası dünyanın ümumi daxili məhsul göstəricisini 7% və ya növbəti 10 ildə təqribi olaraq 7 trilyon dollara yüksəldə bilər.

“Goldman Sachs” şirkətinin bu proqnozu ABŞ bazarına əsaslanır və şirkətin fikrincə yaxın zamanda amerikalı işçilərin 2/3 hissəsi süni zəkanın, onların yerinə yetirdikləri işlərin yarısını öz üzərinə götürməsi ilə qarşılaşacaq. Bu, ilk növbədə təhsil, sosial xidmət kimi sahələri və hesablamalar ilə bağlı tapşırıqları əhatə edəcək. Kolumbiya Universitetinin biznes məktəbinin professoru Oded Netzer-in fikrincə süni zəka sahəsindəki nailiyyətlər bəzi göstəricilərə görə, 2005-ci ildən zəifləməyə başlamış əmək bazarı performansını sonunda yüksəldə bilərlər.

Qeyd etmək lazımdır ki, keçən il 4 günlük iş həftəsi üzrə bəzi ölkələrdə təcrübələr aparılmışdı və həmin təcrübələrin hamısı uğurla yekunlaşmışdı. ABŞ və İrlandiyadan əldə edilmiş statistik məlumatlara əsasən 4 günlük iş həftəsi təcrübəsində iştirak etmiş 33 şirkət bu ilin yanvar ayında qeyd ediblər ki, onların gəlirləri artıb, əməkdaşlarının səhhətləri ilə rifahları isə yaxşılaşıb. Frey-in fikirlərinə baxmayaraq həmin şirkət əməkdaşları 4 günlük iş həftəsini daha çox çalışmaqdan üstün tutublar.