• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 12.04.2023 19:33

Qəzada 3-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

KepezTV Player

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. 1971-ci il təvəllüdlü Naibə Hüseynova, 2018-ci il təvəllüdlü Umera Qocayeva, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2021-ci il təvəllüdlü Sirac Hüseynli, 1995-ci il təvəllüdlü Mehman Hüseynli, 1965-ci il təvəllüdlü Yaşar Cəfərov və 2020-ci il təvəllüdlü Mehrac Hüseynlinin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya çatdırılıblar.