• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 12.04.2023 11:07

Marsın yeni tədqiqat strategiyası təqdim edilib

NASA Marsın uzunmüddətli robotlaşdırılmış araşdırma layihəsinin planını təqdim edib. NASA-nın təqdim etmiş olduğu layihə planında əsas diqqət nisbətən aşağı büdcəli missiyalara və özəl şirkətlərlə əməkdaşlığa ayrılıb. Mars tədqiqatları proqramının direktoru Eric Ianson Mars missiyalarının tez-tez reallaşdırılmasını nəzərdə tutan yeni strategiyanın əsas faktorlarını bu həftə təqdim edib. “Biz, Mars süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması kimi diqqət çəkəcək daha nələri edə biləcəyimizi anlamaq üçün növbəti 20 ilə nəzər salmaq istəyirik. Biz bunu daha aşağı xərclər və müntəzəm Mars missiyaları vasitəsilə reallaşdırmağı təklif edirik”, - deyə Eric Ianson qeyd edib.

NASA-nın yeni strategiyası “Exploring Mars Together” adını əldə edib. O, NASA-da “dayanıqlı Mars missiyaları seriyası” adlandırılan şəraitin formalaşdırılmasını təklif edir. Yeni strategiyanın reallaşdırılması bu onilliyin sonunda Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyasının başlayacağı vaxt üçün nəzərdə tutulub. Hal-hazırda NASA hələ ki, Marsın bir ədəd robotlaşdırılmış tədqiqat missiyasını planlaşdırır. Söhbət, planetin maqnitosferini incələmək üçün nəzərdə tutulmuş layihədən gedir. Sözügedən layihə “Escape and Plasma Acceleration and Dynamics Explorers” adını əldə edib və onun reallaşdırılması 2024-cü ilin sonuna planlaşdırılıb.

Güman olunur ki, buna bənzər hər bir Mars missiyasının dəyəri 100-300 milyon dollar təşkil edəcək. Bundan əlavə olaraq NASA orta səviyyəli missiyaların reallaşdırılmasını da dəstəkləyəcək. Buna misal olaraq, dəyəri 1 milyard dollar olan robotlaşdırılmış eniş modulunun işə salınmasından gedir. Bu layihə “Mars Life Explorer” adlanır. NASA Marsda uzaq keçmişdə potensial olaraq mövcud ola bilmiş həyat növünün izlərini axtarmağa və planetin iqlim ilə geoloji vəziyyətlərini araşdırmağa davam edəcək. Bu məsələlərdə kosmik agentlik beynəlxalq partnyorlar və özəl şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.