• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 11.04.2023 20:55

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 40 %-dən çoxu hazırdır

KepezTV Player

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi işlərinin 40 %-dən çoxunu icra edib. Bu barədə Agentliyin yaydığı məlumatda bildirilir. Ümumi uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və yol üzərində dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam edir. 
Bundan başqa 72,3 kilometr uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işləri səylə aparılır. Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi, 3 tuneldə qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Eyni zamanda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir.