• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 11.04.2023 20:47

Ombudsman Ermənistanın təxribatı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

KepezTV Player

"Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutaraq növbəti dəfə regionda sülh və təhlükəsizliyə zərbə vuran təxribat törətib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb olan həmin təxribat hazırda da davam etməkdədir". Ombudsmanın Ermənistanın təxribatı ilə bağlı dünya ictimaiyyətinə müraciətində qeyd edilib ki, regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir. "Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törətməkdədir. Ombusdman olaraq bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın hərbi təxribatlarına son qoyulması və sülhün bərpası istiqamətində qəti mövqe nümayiş etməyə çağırırıq" - müraciətdə deyilir.