• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 11.04.2023 11:41

Günəşdən 32,7 dəfə ağır olan yeni qara dəlik kəşf edilib

Böyük Britaniyanın Durham Universitetinin alimləri Yer kürəsindən 2.7 milyard işıq ili uzaqlığında yerləşən Abell 1201 adlı qalaktika toplusunun mərkəzindəki super kütləli qara dəliyin kütləsini dəqiq şəkildə təyin edə biliblər. Məlum olub ki, Abell 1201-in mərkəzində yerləşən super kütləli qara dəlik Günəşdən 32.7 milyard dəfə daha ağırdır. Sözügedən super kütləli qara dəliyin hadisələr üfüqi nöqtəsinin ölçüləri o qədər böyükdür ki, orda Oort buludu ilə birlikdə 6 ədəd Günəş sistemi yerləşə bilər. Bu qara dəliyə Abell 1201 BCG adı verilib. Abell 1201-dəki bu super kütləli qara dəlik aktiv deyil. Buna görə də mövcud olan təchizatlar onu görə bilmirlər.

Sözügedən qara dəliyin aşkar edilməsində qravitasiya linzası üsulu yardımçı olub. Qara dəliyin kütləsinin böyük olduğunu nəzərə alsaq, o, fonda olan qalaktikanı elə şəkildə təhrif edir ki, təhrif olunan qalaktika fotoda göz üzərində olan qaş kimi əks olunub. Fon qalaktikasının işığı qara dəlik tərəfindən təhrif edilir və fəza-zamanın təhrif olunma effekti sayəsində daha da güclənir. Alimlər isə bu məlumatları öz hesablamalarında istifadə edərək super kütləli qara dəliyin kütləsini dəqiq şəkildə təyin edə biliblər. Nəticədə məlum olub ki, bu qara dəliyin kütləsi Günəşin kütləsindən 32.7 milyard dəfə daha ağırdır.

Məsələ burasındadır ki, elmə bu kütləyə yaxın 10 ədəd super kütləli qara dəlik məlumdur və elm bu məsələdə yavaş-yavaş limit göstəricisinə çatır. Hesab edilir ki, qara dəliyin kütləsi 50 milyard Günəş kütləsindən ağır ola bilməz. Günəşdən 32.7 dəfə daha ağır olan qara dəliyin mövcudluğunun sübut edilməsi öz növbəsində bu nəzəri limitə çatmağa yardımçı olub. Məlumatda qeyd edilib ki, Abell 1201 BCG-nın hadisələr üfüqünün diametri 1290 AV (1 AV = 149 597 870 km) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Günəş ilə Pluton arasındakı məsafə 40 AV, Günəş ilə Oort buludunun sərhədi arasındakı məsafə isə 100 AV təşkil edir. Burdan da belə qənaətə gəlmək olar ki, Abell 1201 BCG-nın daxilinə 6 ədəd Oort buludu ilə birlikdə 6 ədəd Günəş sistemi yerləşə bilər.