• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 10.04.2023 11:02

Huawei Watch D2 adlı yeni smart saat üzərində çalışır

Huawei şirkəti 2021-ci ildə Watch D adlı smart saatını təqdim etmişdi. Sözügedən smart saatın əsas fərqləndirici özəlliyi onda idi ki, o, istifadəçinin təzyiqini ölçə bilirdi. Verilmiş məlumata əsasən Huawei bu smart saatın yeni versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, yeni smart saat Watch D2 adını əldə edəcək. Xarici görünüşcə yeni smart saat Watch D-yə bənzəyəcək və çox güman ki, Watch D-nin istifadəçi səhhətinin bəzi göstəricilərini ölçmək üçün nəzərdə tutulmuş sensorları əldə edəcək. Burdan da belə qənaətə gəlmək olar ki, Watch D2 smart saatı, ürək döyüntülərini, qan təzyiqini, qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu ilə stress vəziyyətini monitorinq edə biləcək. Huawei Watch D2-nin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Lakin onun 450-500$ qiymətində satışa çıxacağı gözlənilir.