• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 07.04.2023 11:11

Süni zəka 300 milyon insanın iş yerinə təsir göstərəcək

Süni zəka sahəsində olan son nailiyyətlər Avropa ilə ABŞ-dakı əmək bazarının 1/4 hissəsini avtomatlaşdıra bilər. Nəticədə yüzlərlə milyon insan yeni iş yeri axtarmalı olacaq. ChatGPT kimi generativ süni zəka sistemləri insanların yaratdıqları kontentlərdən heç də fərqlənməyən kontentlər tərtib edə bilirlər. Bu cür sistemlər iş əməyi performansını və növbəti 10 il ərzində dünyanın ümumi daxili məhsul göstəricisini 7% yüksəldə bilərlər. Lakin əgər süni zəka bütün ümidləri doğrultsa, bu, əmək bazarında böyük inqilaba səbəb olacaq. Belə ki, təkcə Avropa ilə ABŞ-da avtomatlaşdırma 300 milyon iş yerinə təsir göstərəcək.

Analitiklərin fikirlərinə əsasən avtomatlaşdırma səbəbilə işini itirmə üzrə ən böyük riskə hüquqşünaslar və administrativ işçilər sahibdirlər. Peşələrin çoxunda avtomatlaşdırma iş yerlərinin yarısını ələ keçirəcək. Lakin bu, işçilərin qovulması demək deyil. Əksinə bu, iş əməyi performansının yüksəlməsi deməkdir. Bu cür hal iş yerlərinin 63%-ni əhatə edəcək. Fiziki iş əməyi ilə məşğul olanların 30%-nə bu vəziyyət təsir göstərməyəcək. Lakin, bununla belə onların iş əməkləri digər növ avtomatlaşdırmaya məruz qala bilər. Təkcə ABŞ-da mütəxəssislərin 7%-i elə iş yerlərində çalışır ki, onların işlərinin yarısını generativ süni zəka sistemləri rahatlıqla görə bilər. Bu cür işçiləri kompüterlərlə əvəz etmək mümkün olacaq.

Eyni vəziyyəti Avropada da gözləmək lazımdır. İnkişafda olan ölkələrdə əmək bazarının böyük hissəsini fiziki əmək təşkil edir. Buna görə də bu cür ölkələrdə süni zəka sistemləri işlərin 20%-ni yerinə yetirə biləcək. Böyük iqtisadiyyata sahib regionlarda isə süni zəka sistemlərinin iş yerlərinə inteqrasiyası öz növbəsində 300 milyon insanın iş yerinə təsir göstərəcək.  ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti belə bir proqnoz vermişdi ki, ABŞ-dakı bütün işçilərin 80%-i elə bir hal ilə qarşılaşacaqlar ki, onların 10%-nin gördüyü işləri süni zəka sistemləri rahatlıqla görə biləcəklər.