• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 01.04.2023 20:34

Sazı, sözü yaşadan Qərbi azərbaycanlılar

KepezTV Player

Qərbi azərbaycanlılar həmişə saza, sözə, aşıqlığa meyilli insanlar olublar. Məhz elə buna görə də, ədəbiyyatımızda Qərbi Azərbaycandan olanların öz dəst-xətti var. Düz 35 ildir öz yurd-yuvalarından didərgin düşmələrinə baxmayaraq, soydaşlarımız yenə də özlərinə məxsus olan adət-ənənələri yaşadırlar. Bu gün isə onların tək bir arzusu əsrlərdən gələn xalq yaradıcılığını dədə-baba torpaqlarında yenidən yaşatmaqdır.

Əsirlərdir ki, həmişə Qərbi azərbaycanlılar sazlı-sözlü olublar. Göyçə mahalının elə bir evi olmaz ki, orada saz olmaya və yaxud da şer bilib, söz söyləyən tapılmaya. Elə bil, sanki o torpağın gözəlliyi şerli, sazlı, sözlü insanlar yetişdirib. Buranın adlı-sanlı aşıqlarının, şairlərinin yaradıcılıqları həmişə ədəbiyyatımızda sevilə-sevilə oxunub.

İllərdir ki, yurd-yuvalarından ayrı düşmək onları vətən həsrəti, torpaq ağrısı ilə sızladıb, göynədir. Ancaq heç vaxt da ümidlərini itirməyiblər. Qəlblərinin dərinliklərində yurdlarına qayıdacaqları günün müjdəsini eşitməklə yaşayıblar. 

İndi onlar əllərində saz, dillərində sözlə dədə-baba, tarixi torpaqlarına qayıdacaqları günü gözləyirlər. O günün isə uzaqda olmadığına inanırlar. 

Elnur Vahidoğlu