• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 30.03.2023 13:05

Güclü külək elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub

KepezTV Player
Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək qərb bölgəsində bir sıra fəsadlar yaradıb. Külək rayonlarda daha çox elektrik təsərrüfatına ziyan vurub.
Güclü külək səbəbindən Samux rayonunun Qarayeri qəsəbəsində və ətraf bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü külək Gəncə şəhərində, Şəmkir, Tovuz və Goranboy rayonlarının bəzi hissələrində də elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. Gəncədə iri gövdəli ağacları kökündən qopararaq aşırıb. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin işçiləri səhər saatlarında yol kənarlarında digər ərazilərində təhlükə saçan ağaclarda budama işlərinə başlayıblar. Artıq görülən tədbirlər nəticəsində şəhər və rayonlarda elektrik enerjisinin verilişi ilə bağlı yaranan problemlər də aradan qaldırılıb, enerji verilişi bərpa edilib.