• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 30.03.2023 14:52

“YAŞAT” idman düşərgəsi təşkil edilib

KepezTV Player

Bu gündən Tovuz şəhərində növbəti “YAŞAT” idman düşərgəsi təşkil edilib. Aprelin 2-dək davam edəcək düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı ilə reallaşdırılır. Düşərgə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı övladlarından ibarət 26 iştirakçını əhatə edir. Məqsəd onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilidir. İlk gündə iştirakçılar üçün stolüstü idman yarışları, “Turan Tovuz” futbol klubu ilə tanışlıq və əyləncə saatı təşkil olunub. Ümumilikdə 4 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar keçiriləcək, iştirakçılara xatirə hədiyyələri təqdim olunacaq.