• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 29.03.2023 12:02

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

KepezTV Player

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər. Qonaqlar tədris korpusları və maddi-texniki bazasını ziyarət edib burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər. Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.