• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 27.03.2023 20:01

Balacalar üçün teatrda bir gün

KepezTV Player

Beynəlxalq Teatr Günü münasibəti ilə Gəncə Dövlət Kukla Teatrında “Teatrda bir gün” adlı tədbir keçirilib. Əvvəlcə teatrın qarşısında yaradıcı heyət öz balaca tamaşaçılarını qarşılayaraq şar-şou təşkil ediblər. Birlikdə rəqsdən sonra teatrda balacalar üçün maraqlı oyunlar təşkil edilib. Həmçinin tetarın tarixini əks etdirən tamaşalarından ibarət film də nümayiş olunub. Ardından balacalar üçün “A Kosa, hara yaxşıdır?” adlı tamaşa nümayiş olunub. Novruz adət-ənənələrindən bəhs olunan tamaşada teatrın bütün yaradıcı heyəti rol alıb. Novruzun əsas personajları Kosa və Keçəl, eləcə də Bahar qızı balaca tamaşaçılara vətənə, torpağa bağlılıq, böyüklərə hörmət və adət-ənənələri yaşatmağı təbliğ ediblər.