• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 27.03.2023 16:18

Talış kəndindəki orta məktəbdə tədris başlayıb

KepezTV Player

Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra ilk zəng çalınıb. Məktəbdə ilk dərs gününün açılışı baş tutub. Qarabağ Regional Təhsil İdarəsindən verilən məlumata görə, həmçinin Talışda yeni bərpa olunan uşaq bağçasında da tədris başlayıb. Ümumilikdə 78 şagird yerlik tam orta məktəbdə hazırda müxtəlif yaş qrupundan 24 şagird təhsilə cəlb olunub və 15 nəfərlik müəllim heyəti ilə tədris prosesini icra edir.