• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 19.03.2023 20:04

Keçmiş əri tərəfindən bıçaqlanan qadın ölüb

Gəncədə qətl hadisəsi baş verib. Olay şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib. Həkimlərin səyinə baxmayaraq, Züleyxa Şirinovanın həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş həyat yoldaşı Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb. Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.