• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2344
— 18.03.2023 17:54

Çanaqqala zəfərinin 108-ci ildönümü qeyd edilib

KepezTV Player

Gəncədə Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Abidə önünə gül dəstələri düzülüb. Bütün şəhidlərin ruhu hörmətlə anılıb və dualar oxunub. Türkiyə ilə Azərbaycanın tarixi qardaşlıq münasibətlərindən, 1915-ci il martın 18-də Çanaqqalada gedən ağır döyüşlərdən və Mustafa Kamal Atatürkün başçılığı ilə türk ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışılıb. Məktəblilər Türkiyə Azərbaycan qardaşlığına, şəhidlərə aid şerlər səsləndirdikdən sonra Heydər Əliyev park kompleksində Çanaqqala zəfərinin ildönümünə Türkiyə və Azərbaycan şəhdilərin əziz xatirəsinə ağaclar əkilib, suvarılması təşkil edilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.