• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 18.03.2023 16:50

Baharın gəlişi bayram edilib

KepezTV Player

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkirdə ümumrayon şənliyi keçirilib. Bayramsayağı bəzədilən meydanda Novruz atributları, səmənilər, xonçalar, milli adət-ənənələr və xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi təşkil edilimişdir. Tədbirdə şəhid ailələri, qazilər və Şəmkir sakinləri Novruz bayramı münasibətilə təbrik edilib, milli-mənəvi irsi, tarixi kökü, yaddaşlardan süzülüb gələn ənənələri özündə yaşadan Novruzun artıq daha coşqulu ilə qeyd edildiyi vurğulanıb. Novruzun YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığına diqqət çəkilib. Bayram şənliyində bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilib, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaradıb. Sonra bayram tonqalı qalanıb. Öz gəlişiylə hər evə, hər ocağa bol ruzi-bərəkət gətirən Novruz tədbiri iştirakçılara sevinc bəxş edib.