• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 17.03.2023 19:38

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

KepezTV Player

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. "Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm. Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm. Novruz bayramınız mübarək olsun!", - deyə dövlət başçısının təbrikində vurğulanıb.